Bakıda tarixi memarlıq abidəsi sökülür? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Bakıda tarixi memarlıq abidəsi sökülür? – RƏSMİ AÇIQLAMA 

161143

Səbail rayonunun Qurban Abbasov küçəsi 93 ünvanında yerləşən 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan “Doğum evinin binası”nın söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir. 

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən bildirilib. 

Tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur. 

Tarixi tiklinin damında və yararsız hala düşmüş hissələrində təmir işləri aparılacaq. Hazırda təmir-bərpa işləri üçün hazırlıq görülür. Aparılacaq təmir-bərpa işlərinin layihəsi də razılaşdırılmaq üçün Dövlət Xidmətinə təqdim olunacaq. 
Xatırladaq ki, bina 1930-cu ildə inşa edilib. II Dünya Müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilmiş və Nadejda Krupskaya adına 5 nömrəli Doğum Evi kimi fəaliyyət göstərib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin