Zaqatalada tarixi abidənin adında yanlışlığa YOL VERİLİB? – Alimdən İRAD – FOTO 

Hazırda oxunan: Zaqatalada tarixi abidənin adında yanlışlığa YOL VERİLİB? – Alimdən İRAD – FOTO 

161084

Balakən rayonu, Katex kəndi ərazisində yol boyunca “Qafqaz Səddi”nin qalıqları uzanır. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Kənd qayğılarını biznesə çevirən Zaqatala XANIMLARI – REPORTAJ/FOTO


Alimi narahat edən məsələ nədən ibarətdir? 

Sualımıza cavab olaraq Akif müəllim bildirib ki, Yevlax-Zaqatala-Gücüstan magistralının bir neçə metrliyində yerləşən “Qafqaz Səddi ” V-VI (5-6-cı) əsrdə Sasani hökmdarı Qubad və oğlu Xosrov Ənuşirəvan tərəfindən tikdirilib. Səddin uzunluğu 120 km-dən çox olub. 

“Qafqaz Səddi ” zaman-zaman dağıntılara məruz qalıb və ən son qalıqları Katex kəndinin ərazisinə düşüb. Alim təəssüf hissilə bildirib ki, abidənin önünə vurulan yeni lövhədə yazılıb: -Zaqatala qalasının qalıqları. Bu ciddi tarixi yanlışlığa görə Akif Məmmədli müvafiq orqan və təşkilatlara üzünü tutaraq soruşur: 

“Bu məntiqsizliyə yol verən kimdir?”

Həmsöhbətimiz bildirib ki, bununla bağlı dəfələrlə elmi məqalələrdə, televiziya verilişlərində bəhs olunub:

“Bilməmək ayıb deyil, ancaq belə məntiqsiz və yanlış lövhə yazmaq çox ayıbdır!  Özü də işlək Beynəlxalq avtomobil yolunun kənarında”, - deyən alim, məsələ ilə bağlı növbəti dəfə nazirlik və qurumlar qarşısında məsələ qaldırmaq üçün addım atmaq məcburiyyətində qalıb. 

Qeyd edək ki, Zaqatala qalası XIX (19-cu) əsrdə, “Qafqaz Səddi ” isə V-VI (5-6-cı) əsrlərdə inşa olunub. Tarixi fərq çox böyük, yanlışlıq isə ciddidir.  

Yazıda adı çəkilən qurumların da mövqeyini işıqlandırmağa hazırıq.










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin