Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Babayev ömürlük azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cü il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 14 yaşlı yeniyetmə G.Şadatova ölüb.
Z.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 149, 150-ci maddələr üzrə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 23.10.2023
Bakıda qətl törədən şəxsə ömürlük həbs cəzası verildi
Hazırda oxunan: Bakıda qətl törədən şəxsə ömürlük həbs cəzası verildi
Hazırda oxunan: Bakıda qətl törədən şəxsə ömürlük həbs cəzası verildi
161078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.