Xocavənd rayonunun Azıx kəndinin görüntüləri - VİDEO

Hazırda oxunan: Xocavənd rayonunun Azıx kəndinin görüntüləri - VİDEO

161035

Erməni işğalından azad edilən Xocavənd rayonunun Azıx kəndinin video görüntüləri yayılıb.

Bizim.Media xatırladır ki,  Azıx kəndi 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Kənd adını ərazidəki Azıx mağarasının adından alıb. XIX əsrin I yarısında Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş erməni ailələri burada məskunlaşıb və yaşayış məntəqəsini Azox adlandırıblar. Azıx mağarası və ya Azıx kahası Quruçayın sol sahilində, 900 m. hündürlükdədir. Azərbaycanda ən iri karst mağarası hesab olunur.

Tədqiqatçıların fikrincə, azıx qədim türk dillərindəki "ayı" sözündəndir və mağara "ayı mağarası"dır. Mənbələrdəki Azuq variantına əsaslanan tədqiqatçılar isə bu toponimi "azuqə yeri", "tədarük yeri", "anbar" kimi izah edirlər. Lakin mağaradakı 6 salon və 2 giriş qapısının olması, ocaq yerinin varlığı burada insanların yaşadıqlarından xəbər verir.

 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin