Bu ilin sonuna kimi Naxçıvan MR üzrə bütün məlumatlar "e-naxçıvan" elektron bazasına yerləşdiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli rəsmi "X" hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının bütün məlumat və göstəriciləri, statistik hesabatları, xidmətləri və s., rəqəmsallaşdırılması və yekun nəticədə rəqəmsal idarəçilik metodunun tətbiq edilməsi reallaşdırılacaq.
Cari ilin sonuna kimi NMR üzrə bütün məlumatlar e-naxçıvan elektron bazasına yerləşdiriləcək. NMR bütün məlumat və göstəricilərin,
— Fuad Najafli (@fuad_najafli) October 22, 2023
statistik hesabatların, xidmətlərin və s., rəqəmsallaşdırılması və yekun nəticədə rəqəmsal idarəçilik metodunun tətbiq edilməsi reallaşdırılacaq. pic.twitter.com/HNkJCryrBn
Bizim.Media