Qətldə təqsirləndirilən Şərur sakini həbs edildi

Hazırda oxunan: Qətldə təqsirləndirilən Şərur sakini həbs edildi

161007

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, qətldə təqsirləndirilən 1994-cü il təvəllüdlü Elvin Zaxarov həbs olunub.

Bizim.Media xəbər verir ki, o, Şərur rayonu Yenigicə kənd sakini, 1973-cü il təvəllüdlü Fariz Ağayevin qətlində təqsirli bilinib.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda öldürülən şəxs kriminal avtoritetin qardaşı imiş - FOTO


Şərur Rayon Məhkəməsinin qərarına əsasən onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə oktyabrın 19-da baş verib. Faktla bağlı Şərur rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və E.Zaxarov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin