Oktyabrın 23-də Tehranda İran tərəfinin dəvəti ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan regional məsləhət platformasının (“3+3”) iclasında iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rəsmi Bakıdan Tehranda keçiriləcək nazirlərin görüşü barədə AÇIQLAMA
Səfər çərçivəsində ikitərəfli görüşlərin də planlaşdırıldığı qeyd edilir.
Xatırladaq ki, görüşlə bağlı bütün ölkələr (Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan) razılıqlarını ifadə ediblər. Gürcüstan isə əvvəlki kimi bu tədbirə qatılmayacaq.
Bizim.Media