Xankəndi şəhərindəki tibb müəssisəsində ilk cərrahi əməliyyat icra olunub.
Bizim.Media xəbər verir ki, 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı 18.10.2023-cü il tarixində saat 14:10 radələrində qarın boşluğunda kəskin ağrılar, ürəkbulanma, halsızlıq şikayətləri ilə Xankəndi şəhərindəki tibb müəssisəsinə müraciət edib.
Həkimlər tərəfindən zəruri müayinələr aparılıb, pasiyentə kəskin appendisit diaqnozu qoyulub və əməliyyat olunmasına qərar verilib.
Onun üzərində appendektomiya əməliyyatı uğurla icra olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən polis orqanının əməkdaşı olan Tağızadə Atatürk Səlim oğlu ambulator müalicə üçün artıq evə buraxılıb.
Əməliyyat həkim-anestezioloq-reanimatoloq Ramin Əhmədovun, tibb bacıları Aynur Mustafayeva və Gülsüm Həsənovanın, tibb qardaşı Arzuman Məmmədovun müvafiq yardımları ilə həkim-cərrah Vəli Xəlilov tərəfindən həyata keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:22 / 22.10.2023
Xankəndidə ilk: Polis əməkdaşı cərrahi əməliyyat olundu - FOTO
Hazırda oxunan: Xankəndidə ilk: Polis əməkdaşı cərrahi əməliyyat olundu - FOTO
Hazırda oxunan: Xankəndidə ilk: Polis əməkdaşı cərrahi əməliyyat olundu - FOTO
161000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.