Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqının (Aİ) oktyabrın 20-də keçirdikləri zirvə görüşünün Birgə Bəyanatında Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə yol verilmiş ayrı-seçkilikdən dərindən təəssüflənir.
Bizim.Media xəbər verir ki, bu barədə İcmanın bəyanatında bildirilib.
Vurğulanıb ki, sənəddə Azərbaycanın Qarabağ bölgəsinin ermənilərinin “hüquq və təhlükəsizliyi”, o cümlədən, onların geri qayıtmasına dəstək ifadə edilsə də, Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı oxşar dəstəyin ifadə edilməməsi etnik əsasda ayrı-seçkilikdir və bölgədə sülhün bərqərar olmasına əngəl törətmək məqsədi daşıyır.
Keçmiş münaqişənin təsirinə məruz qalmış insanların əhatə dairəsinin daha geniş olmasına baxmayaraq, ancaq Qarabağ ermənilərinin hallandırılması, həmin bölgədə olmuş separatizmi yenidən dirçəltmək məqsədi daşıyır.
Bəyanatda suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması əsasında Azərbaycan və Ermənistan arasında sülhün təşviq olunmasına ifadə olunan dəstəyi ilk baxışda müsbət hesab etmək olar.
Lakin, Azərbaycan ərazilərinin 30 il işğal altında saxlandığı dövrdə niyə bu cür birmənalı dəstək ifadə edilməməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq sual doğurur.
Qərbi Azərbaycan İcması ABŞ və Aİ-nin Ermənistanla Azərbaycan arasında münaqişənin 30 il ərzində həll edilməmiş qalması ilə bağlı məsuliyyətini xatırladır və onları münaqişənin nəhayət Azərbaycanın səyləri sayəsində həll edilməsindən sonra bölgədə davamlı sülh üçün yaranmış unikal imkanı məhv etməməyə, insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına dəstək verməyə çağırır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:25 / 22.10.2023
ABŞ və Aİ azərbaycanlılara münasibətdə ayrı-seçkiliyə yol verir - BƏYANAT
Hazırda oxunan: ABŞ və Aİ azərbaycanlılara münasibətdə ayrı-seçkiliyə yol verir - BƏYANAT
Hazırda oxunan: ABŞ və Aİ azərbaycanlılara münasibətdə ayrı-seçkiliyə yol verir - BƏYANAT
160992
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.