Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın paytaxtı Tehranda keçirilməsi planlaşdırılan “3+3” formatında danışıqlarda iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bundan əvvəl IRNA agentliyi Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin oktyabrın 23-də Tehranda “3+3” formatında görüşcəyi barədə məlumat yayıb.
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan isə bildirib ki, İrəvan “3+3” formatında danışıqlarda iştirak etmək üçün İran tərəfdən dəvət alıb:
"Görüşün Tehranda keçirilməsi planlaşdırılır, təfərrüatlar iranlı həmkarlarla hazırlanır, danışıqlarda iştirakla bağlı hələlik yekun qərar yoxdur".
Kostanyan dəqiqləşdirib ki, dəvət xarici işlər naziri Ararat Mirzoyana ünvanlanıb.
Qeyd edək ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:16 / 22.10.2023
Moskva təsdiqlədi: Lavrov Tehran danışıqlarında iştirak edəcək
Hazırda oxunan: Moskva təsdiqlədi: Lavrov Tehran danışıqlarında iştirak edəcək
Hazırda oxunan: Moskva təsdiqlədi: Lavrov Tehran danışıqlarında iştirak edəcək
160985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.