Misirdə tətildə olan Pərvinin şalvarı başına bəla açdı - FOTO

Hazırda oxunan: Misirdə tətildə olan Pərvinin şalvarı başına bəla açdı - FOTO

160971

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl yeni, dəbdəbəli malikanəsində özünə təmtəraqlı doğum günü  məclisi keçirən aktrisa Pərvin Abıyeva Misirə tətilə yollanıb.

Bizim.Media xəbər verir ki, 33 yaşına qədəm qoyub Şarm-Əl-Şeyx şəhərində istirahət edən Pərvinin geyindiyi şalvar başına bəla olub.

Belə ki, Pərvin əyninə üst hissəsi alt-geyimin birləşməsindən ibarət şalvar olub.

Həmin şalvarda fotolar çəkdirən Abıyeva sosial şəbəkə hesabında paylaşıb.

Bu şəkilləri görən izləyicilər isə aktrisanı tənqid atəşinə tutublar. 

İzləyicilərdən birinin "Bacı, o alt geyim agrıtmır? Vicdanına qədər çəkmisən altdan yuxarı..." sözlərinə Pərvin "Sizin düşündüyünüz kimi alt geyim deyil. O şalvara bitişikdir. Sadəcə yuxarı hissəsi var, alt hissəsi isə yoxdur" deyə cavab verib.
Qeyd edək ki, daha əvvəl bu tip, yəni üst hissəsi alt geyimin birləşməsindən ibarət cins materialdan şalvarı müğənni Aysel Əlizadə də geyinmişdi. Buna görə də, izləyicilər ifaçını sərt şəkildə tənqid etmişdirlər.








Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin