Rusiyaya qarşı ağır sanksiya TƏLƏBİ 

Hazırda oxunan: Rusiyaya qarşı ağır sanksiya TƏLƏBİ 

160891

Litva hökuməti Rusiyaya qarşı yeni sanksiyalara başlaya bilər. Belə ki, rəsmi Vilnüs Aİ sanksiyalarının 12-ci paketi çərçivəsində Rusiyadan mərkəzi istilik radiatorlarının, mismar, qoz, düymə, tikiş və toxuculuq iynələrinin tədarükünə qadağa qoyulmasını təklif edib.  

Bizim.Media xəbər verir ki, bu barədə “Euobserver” media agentliyi məlumat yayıb.   

Belə ki, Vilnüsün “Rusiyanın sənaye potensialının deqradasiyası” adlı sənəddə göstərilən tövsiyələr yüzə yaxın səhifədən ibarətdir. 

Agentliyin məlumatına görə, artıq Avropa İttifaqı bağlı qapılar arxasında 12-ci sanksiyalar paketinin müzakirəsinə başlayıb. Litva, Polşa və Estoniya da öz təkliflərini təqdim ediblər.  

Vilnüs və Varşava, Rusiyadan uran, mayeləşdirilmiş təbii qaz və poladın alınmasının, hətta Rusiya şirkətlərinə İT xidmətlərinin göstərilməsinin qadağan edilməsimi təklif edirlər. Estoniya isə tam ticarət embarqosunun tətbiqini tələb edir.  
“Bloomberg” isə yazır ki Avropa İttifaqı yaxın günlərdə 12-ci sanksiyalar paketi üzrə məsləhətləşmələrə başlayacaq. Bu da Rusiya almazlarına qoyulan qadağalardan və mövcud məhdudiyyətlərdən yayınmağa qarşı yeni tədbirləri əhatə edir. Üstəlik, Rusiyaya ixracı qadağan edilən malların siyahısı genişləndirilə bilər. 

Rövşən Ziya, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin