Qərbi Azərbaycan İcması Çexiya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun son vaxtlar bəzi dairələrin apardığı anti-Azərbaycan kampaniyasının alətinə çevrilməsini pisləyir.
Bizim.Media xəbər verir ki, bu barədə İcmanın bəyanatında qeyd edilib.
"Çex parlamenti Azərbaycanı “Qarabağda yerli əhali ilə davranışı müşahidə etmək üçün beynəlxalq müşahidəçilərin bölgəyə girişinə imkan verməyə və tarixi və dini abidələri qorumağa” çağırır.
Qoy, çex parlamenti Azərbaycana görə “narahat” olmasın və beynəlxalq müşahidəçiləri daim sıxışdırılan, aşağılanan qaraçılara (Roma və sintilər) görə öz ölkəsinə dəvət etsin və İkinci Dünya Müharibəsinə aid abidələrin dağıdılması və təhqir edilməsi kimi məsələlərə münasibət bildirsin", - bəyanatda vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:27 / 21.10.2023
Qərbi Azərbaycan İcmasından Çexiya parlamentinə SƏRT REAKSİYA
Hazırda oxunan: Qərbi Azərbaycan İcmasından Çexiya parlamentinə SƏRT REAKSİYA
Hazırda oxunan: Qərbi Azərbaycan İcmasından Çexiya parlamentinə SƏRT REAKSİYA
160862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.