Lənkəran şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Göyşaban dairəsi ərazisində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Oğul 73 yaşlı anasını bıçaqladı - Lənkəranda qan donduran hadisə
Belə ki, Göyşaban kənd sakini, 2008-ci il təvəllüdlü Dadaşov Məhəmmədəli Anar oğlunu avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.
Piyadanı vuraraq köməksiz vəziyyətdə qalmasına səbəb olan avtomobilin “Qazel” markalı yük maşını olduğu deyilir.
Yaralı travmatik şok diaqnozu ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən sürücünün tapılması istiqamətində zəruri tədbirlər görülür (report).
Bizim.Media