HƏMAS terrorçuları İsrailə hücum zamanı narkotik maddələrin təsiri altında olublar.
Bizim.Media xəbər verir kiç bu barədə “The Jerusalem Post” nəşri iddia edib.
Qeyd edilib ki, oktyabrın 7-də İsrailə qəfil hücumu həyata keçirən Həmas terrorçuları Cənubi Avropada gizli şəkildə istehsal edilən və Türkiyə vasitəsilə Ərəbistan yarımadasındakı istehlak bazarlarına satılan sintetik amfetamin tipli stimullaşdırıcı “Kaptaqon”un təsiri altında olublar.
İddiaya görə, İsrail torpaqlarında həlak olan bir çox terrorçunun cibindən məhz həmin dərmanlardan aşkarlanıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:39 / 20.10.2023
ŞOK İDDİA: HƏMAS terrorçuları hücum zamanı narkotikin təsirində olublar
Hazırda oxunan: ŞOK İDDİA: HƏMAS terrorçuları hücum zamanı narkotikin təsirində olublar
Hazırda oxunan: ŞOK İDDİA: HƏMAS terrorçuları hücum zamanı narkotikin təsirində olublar
160810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.