Narkotikə qurşanıb, dilənçilik edən məşhur model sağalmaq üçün Elgizdən 500 manat istəyir – VİDEO 

Hazırda oxunan: Narkotikə qurşanıb, dilənçilik edən məşhur model sağalmaq üçün Elgizdən 500 manat istəyir – VİDEO 

160720

Uzun illər əvvəl Xalq artisti Faiq Ağayev, müğənni Samir Bağırovun kliplərinə çəkilən, şou-biznesdə Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimova acınacaqlı vəziyyətdədir. 

Bizim.Media xəbər verir ki, narkotik asılılığından əziyyət çəkən Rövşanə “Elgizlə izlə” ictimai-sosial verilişinin aparıcısı Elgiz Əkbərlə görüşərək, müalicə olunmaq üçün 500 manat pul istəyib. 

R.Kərimova həyatında yaşadıqlarını bu sözlərlə ifadə edib: 

“İllər əvvəl Faiq Ağayev, Samir Bağırov, Fərhan Bakinski və sairə kimi məşhur müğənnilərin kliplərinə çəkilmişəm. İkinci dəfə Britaniyalı vətəndaşa ərə gedəndə depressiyaya düşdüm. Mən onu sevmirdim. Bizim oğlan övladımız dünyaya gəldi. Bundan sonra həyatım dəyişdi və belə hadisələr yaşandı. Avtomobillərimi və evlərimi satdım.
Amma bilmirəm, niyə belə oldu. İndi anamla qalıram. Bir ara məndə alkoqol asılılığı yarandı. Çox içirdim. İçki məni hədsiz kökəltdi. Sonra arıqlamaq istədim. Və nəticədə bu yola düşdüm. Ərim mənə deyib ki, əgər normal vəziyyətə dönsən sənə köməklik edəcəyəm. Ona görə istəyirəm ki, Elgiz bəy siz mənə kömək edəsiniz. O məni normal vəziyyətdə görsə, pul göndərəcək. Əvvəlki həyatıma qayıtmaq istəyirəm. Sağlamlığımı bərpa etmək istəyirəm. Bunun üçün isə mənə 500 manat pul lazımdır. Sonradan isə özüm öz vəziyyətimi düzəldəcəyəm”. 

Qeyd edək ki, Rövşanə Kərimovanın anası sözügedən verilişə çıxaraq “Ziyan odur ki, şəhərin dörd bir tərəfində evlərimiz vardı. Belə ki, yarım milyonluq bir evimiz, Bayılda dəniz mənzərəli digər evimiz, "Malakan" bağında mənzilimiz, Sabunçu dairəsində yaşıl darvazalı villamız - hamısını satdı.

Bu evləri qızım öz adına almışdı. Ona görə də satırdı. Sonuncu evi mən öz adıma keçirdim, onu da satdı. Əlimdən bu ev də çıxdı. Evin pərdələrinə kimi hər şeyi satdı.
Qızım illər əvvəl tərcüməçi kimi çalışırdı. Bizim o qədər pulumuz var idi, bilmirdik hara xərcləyək. Qohumlarımın əksəriyyətinə Bakıda gözəl şərait qurduq. Amma indi heç biri qızımın aludəçiliyinə görə yaxın belə durmur. Hamı bizdən uzaqlaşıb. Heç kim bizi saymır” açıqlamasını vermişdi.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin