Pakistan hakimiyyəti Qəzzaya 100 ton humanitar yardım göndərməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, yardıma dərman, ərzaq, çadır və digər zəruri əşyalar daxildir.
Qeyd edək ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media