Paşinyan istefa verəcəyi tarixi açıqladı - SON DƏQİQƏ

Hazırda oxunan: Paşinyan istefa verəcəyi tarixi açıqladı - SON DƏQİQƏ

16064

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ölkənin Armavir bölgəsinin sakinləri ilə görüşündə aprel ayında erkən parlament seçkiləri üçün rəsmi olaraq istefa verəcəyini söyləyib.

Bizim.Media xəbər verir ki, bu barədə "RiaNovosti" agentliyi xəbər yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan istefa edə biləcəyini açıqladı


Paşinyan görüşdə belə deyib:

“Bəli, yaxın gələcəkdə, aprel ayında, erkən seçkilərin baş tutması üçün istefa verəcəm, amma bu mənim getməyim deyil. Bu müddət ərzində baş nazir vəzifəsini icra edəcəyəm".

Qeyd edək ki, Ermənistan qanunlarına görə, parlament hazırkı hökumət başçısının istefasından sonra onu iki dəfə baş nazir seçməsə, növbədənkənar seçkilər təyin ediləcək.

Bu vəziyyətdə Paşinyan baş nazir vəzifəsini davam etdirəcək. Bundan əvvəl isə o, ölkədə növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini söyləmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin