İcma: “Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi fransız səfiri yaman mütəəssir edib”

Hazırda oxunan: İcma: “Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi fransız səfiri yaman mütəəssir edib”

160480

Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, separatçılığa, “boz” zonaya son qoyması fransız səfiri yaman mütəəssir edib. Amma fransız səfir açıq-aşkar ünvanları səhv salır. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının Fransanın Ermənistandakı səfirinin böhtançı açıqlaması ilə əlaqədar açıqlamasında yer alıb.

Bildirilib ki, işğalçı ölkə vaxtilə dünyanın 40-dan çox ölkəsini işğal etmiş, indi də müxtəlif dənizaşırı əraziləri müstəmləkə asılılığında saxlayan, daim işğalçı müharibələr aparmış Napoleonun 200 illiyini böyük təmtaraqla qeyd edən Fransadır.

Səfirin və Avropa İttifaqının Ermənistandakı missiyasının baş çəkdiyi ərazilərin əksəri vaxtilə qərbi azərbaycanlıların yaşadığı və Ermənistanın deportasiya etdiyi torpaqlardır. Lakin fransız səfir Azərbaycana və azərbaycanlılara nifrətinə, səlibçi mentalitetinə görə heç vaxt bu kimi məqamlara toxunmayacaq. 
"Əlcəzairli azadlıq döyüşçülərinin kəllələrini 21-ci əsrdə Paris muzeylərində saxlayan riyakarların ittihamlarını qətiyyətlə rədd edirik", - deyə açıqlamada qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin