“Goal” nəşri AVRO-2024-ün favoritlərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, seçilən 20 komanda arasında turnirin qalibi olmağa ən real namizəd Fransa millisi hesab edilir.
Almaniyanın evsahibliyi edəcəyi qitə birinciliyinə vəsiqəni rəsmiləşdirən 10 komanda ilk “10-luq”da sıralanıb. Seçmə mərhələni adlamağa yaxın görünən digər 10 yığma isə növbəti pillələrdə qərarlaşıblar.
1. Fransa
2. İngiltərə
3. Portuqaliya
4. İspaniya
5. Belçika
6. Avstriya
7. Almaniya
8. Şotlandiya
9. Türkiyə
10. Macarıstan
11. Albaniya
12. Slovakiya
13. Danimarka
14. Niderland
15. Sloveniya
16. Serbiya
17. Çexiya
18. İsveçrə
19. Xorvatiya
20. İtaliya
Qeyd edək ki, Avropa çempionatı 2024-cü il 14 iyun – 14 iyul tarixlərində Almaniyada təşkil ediləcək.
Bizim.Media