Milyarder Abramyan hakimiyyəti Paşinyandan almaq üçün Moskvadan İrəvana uçur - DETALLAR

Hazırda oxunan: Milyarder Abramyan hakimiyyəti Paşinyandan almaq üçün Moskvadan İrəvana uçur - DETALLAR

16044

Rusiya Erməniləri Birliyinin (REB) rəhbəri Ara Abramyan Ermənistanda keçiriləcək erkən parlament seçkilərində fəal iştirak etməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bunu o, REB-in rəsmi səhifəsində yayımlanan video müsahibəsində bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Abramyan: “Ermənistanın sərhəd məsələləri biabırçı gündədir”


“Mübarizə aparmadığıma görə özümü günahkar hiss edirəm, Paşinyana “Sən kimsən, ”demədim. Mənə söyləyin, həyatınızda nələr qazandığınızı insanlara bildirin. Hər kəsin xoşbəxt olmasına və xalqımıza təbəssümün qaytarmasına şərait yaratmalıyıq” deyə o, qeyd edib.

REB rəhbəri tezliklə müxtəlif ölkələrə qastrol səfərinə gedəcəyini, bir sıra görüşlər keçirəcəyini, bundan sonra Ermənistanda siyasi məsləhətləşmələr aparacağını söyləyib.

O, tezliklə həm proqramını, həm də komandasını detallı şəkildə təqdim edəcəyini, fərqli qüvvələrlə əldə etdiyi razılaşmalardan danışacağını vəd edib.

Abramyan xaricdə yaşayan soydaşlarına da müraciət edərək, onları seçki günündə "ölkəni xilas etmək naminə" vətəndaşlıq borcunu yerinə yetirmək üçün Ermənistanda olmağa çağırıb:

“Vəziyyəti sabitləşdirmək, sosial problemləri həll etmək və cəmiyyətdəki parçalanmanı aradan qaldırmaq üçün “sağlam siyasi qüvvələr” iqtidara gəlməlidir”.

REB rəhbəri hesab edir ki, Baş nazir Nikol Paşinyan "onsuz da idarəetmədə uğursuzluğa düçar olduğuna və Qarabağdakı müharibəni uduzduğuna görə" ölkədə hakimiyyəti qoruya bilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin