Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə oktyabrın 18-də növbəti məhkəmə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Vaqif Xaçaturyanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Radmila Abılova müdafiə edib. Vaqif Xaçaturyan məhkəmə prosesində tərcüməçi ilə təmin olunub.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verib, V.Xaçaturyanın Meşəlidə və ətraf ərazilərdə öz dəstəsi ilə törətdiyi cinayətlərdən danışıblar. Zərərçəkənlər təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini tələb ediblər.
Məhkəmənin növbəti iclası oktyabrın 24-də keçiriləcək.
- A-
- A
- A+
Cəmiyyət
15:44 / 18.10.2023
Vaqif Xaçaturyanın növbəti məhkəməsi oktyabrın 24-nə təyin olundu - VİDEO
Hazırda oxunan: Vaqif Xaçaturyanın növbəti məhkəməsi oktyabrın 24-nə təyin olundu - VİDEO
Hazırda oxunan: Vaqif Xaçaturyanın növbəti məhkəməsi oktyabrın 24-nə təyin olundu - VİDEO
160439
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.