Bəşəriyyət III Dünya Müharibəsinin ASTANASINDA - Nüvə savaşına HAZIRLIQ GEDİR?

Hazırda oxunan: Bəşəriyyət III Dünya Müharibəsinin ASTANASINDA - Nüvə savaşına HAZIRLIQ GEDİR?

160436

Rusiya Dövlət Duması Rusiya Federasiyasının Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının geri çağırılması haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Təhlükə artır

Qeyd edək ki, müvafiq sənəd dumanın spikeri Vyaçeslav Volodinin göstərişi ilə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin iclasında hazırlanıb və oktyabrın 13-də Dövlət Dumasına təqdim edilib.

Layihədə “Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilənin ratifikasiyası haqqında” qanunun birinci maddəsinin ləğv edilməsi təklif edilir.

Rusiya 2000-ci ildə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ratifikasiya edib. Amma bəzi ölkələr, o cümlədən ABŞ və Çin hələ də sənədi ratifikasiya etməyib. 

Digər tərəfdən, İsrail-HƏMAS savaşı getdikcə daha da kəskinləşir. Bu fonda savaşın daha geniş əraziləri əhatə edəcəyi də istisna edilmir. 

Belə vəziyyətdə bir çoxlarının fikrincə, bəşəriyyət artıq III Dünya Savaşının astanasındadır.

Kim III Dünya Müharibəsinin başlayacağını deyirsə...

Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, kim III Dünya Müharibəsinin baş verəcəyindən danışırsa, dünyanın ən məsuliyyətsiz adamıdır:

“Amerika Konqresi nüvə sınaqlarından imtina haqqında müqaviləni ratifikasiya etməyib. Rusiya Dövlət Duması isə ilk öncə ratifikasiya etmişdi. İndi isə Rusiya da ABŞ-ın acığına ratifikasiyadan imtina edir. Bu isə o anlama gəlir ki, nüvə sınaqlarından imtina haqqında müqavilə qanuni qüvvəyə minmir. 

İsraillə HƏMAS arasında baş verən müharibəyə gəldikdə, çətin ki, bu savaş III Dünya Savaşına çevrilsin. Çünki heç kəs ölmək istəmir.

III Dünya Müharibəsinin başlanması bəşəriyyətin sonu demək olacaq. Bu zaman bütün canlı aləm məhv olacaq. Bütün insanlar həyatlarını itirəcək. Nüvə müharibəsilə yerdən qalxan toz hissəcikləri bir neçə il müddətinə günəşin qarşısını kəsəcək, bütün canlı aləm məhv olacaq. 

Bunu hamı bilir. 

Belə olan halda III Dünya savaşı haqqında danışanlar ən məsuliyyətsiz adamlar olmaqla yanaşı, bəşəriyyətin sonunu istəyənlərdir. Rusiya da ara-sıra nüvə silahından istifadə edə biləcəklərilə bağlı hay-küy qaldırır. Amma sonradan dəqqləşdirir ki, Rusiya ərazisinə təhlükə olsa, onlar özləri də məhv olacaqlar”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin