Fransada erməni lobbisi ölkəmizin ziyanına işləyir - Vaqe Ağacanyan 

Hazırda oxunan: Fransada erməni lobbisi ölkəmizin ziyanına işləyir - Vaqe Ağacanyan 

160385

“Fransa yenidən Ermənistanın silahlanması ilə bağlı Azərbaycana qarşı kəskin ermənipərəst və təxribat xarakterli bəyanatlar verib”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni bloger Vaqe Ağacanyan öz Facebook səhifəsində yazıb.

“Fransanın niyə belə etdiyini bilmirəm, amma əminliklə deyə bilərəm ki, bu bəyanatlar yalnız Ermənistanın ziyanına işləyir. Bu, təkcə fikir deyil, həm də qeydə alınmış faktdır, çünki Fransanın belə bir bəyanatı səbəbindən Qranadada sülhlə bağlı planlaşdırılan görüş ləğv edilmişdi.
Silah ticarəti susqunluğu və məxfiliyi sevir. Əgər onlar bu barədə ucadan danışmağa, hansısa piar obyektinə çevirməyə başlasalar, o zaman Fransanın başqa problemi həll etdiyi qənaəti yaranır.

Son aylarda Fransa Nigerdən qovuldu və böyük uran ehtiyatlarından məhrum edildi. Daha sonra Fransanın “Total Energies” şirkəti Azərbaycanla yeni müqavilə bağladı, çoxlu pul qazandı. Üstəlik, kəskin ermənipərəst bəyanatlar verdi. Qəribə deyilmi?

O da qəribədir ki, Ermənistana qarşı 44 günlük müharibə zamanı və indi də Azərbaycan öz PUA-larını idarə etmək üçün Fransanın peyk sistemlərindən istifadə edir.

Geosiyasi mərkəzlər sırf öz maraqlarından çıxış edərək Ermənistanı kiçik valyutaya çevirməyə, onun hesabına başqa mərkəzlərlə ticarət etməyə çalışırlar. Bizim cəmiyyət kor qərblilərin təbliğatı ilə qidalanmamalı, emosiyalara qapılmamalı və bu təhlükəni açıq-aydın dərk etməlidir”, – deyə bloger qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin