ABŞ-ın tanınmış aktrisası və müğənnisi Hilari Daff və həyat yoldaşı Mateu Koma yenidən valideyn olub. Cütlüyün qızları dünyaya gəlib.
Bizim.Media xəbər verir ki, Daff bununla bağlı “İnstagram”da paylaşım edib.
“Mey James Bair, biz səni sevirik!”. Hilari ailə şəkillərinə belə qeyd yazıb.
Uşaq 24 martda dünyaya gəlib, ancaq aktrisa indi bu xəbəri tirajlayıb.
Cütlük üçün bu, ikinci ümumi övladdır, onların 2018-ci il təvəllüdlü Banks adlı bir qızları var. Ancaq Hilari üçüncü dəfə ana olub. 34 yaşlı gənc ana 2012-ci ildə Milli Xokkey Liqasının (MXL) oyunçusu Mike Komriyedən dünyaya gətirdiyi oğlu Lukanı da böyüdür.
Hilari 2010-cu ildə Kanadalı xokkeyçi ilə evlənib və 2016-cı ildə ailələri dağılıb.
Bizim.Media