Ölkəsində bir sıra cinayət işlərində adı hallanan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstan rəhbərliyinə müraciət edib. O, əhalinin reaksiyasını görmək üçün 24 saat müddətində ölkəyə daxil olmaq istəyir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
“Gəlin istintaq araşdırması aparaq. Məni ölkəyə buraxsınlar, 24 saat ərzində küçədə gəzim. And içirəm, qorumam olmayacaq. Xalqa fikirlərini sərbəst ifadə etmək imkanı verək.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili: “Avropa Parlamentinin üzvləri və ABŞ-ın keçmiş səfiri axmaqdır”
Niyə buna icazə verilmir? Bəlkə ona görə ki, Gürcüstan torpağına qədəm basan kimi hazırkı səlahiyyətlilərin dəstəyinin 5%, mənimkinin isə 70-75% olduğu bəlli olacaq”. Saakaşvili Pirveli televiziyasında belə deyib.
Onun sözlərinə görə, Gürcüstan rəsmiləri Ukraynaya dəfələrlə gələrək yerli hakimiyyət orqanlarından onu Gürcüstan tərəfinə təhvil vermələrini xahiş ediblər.
Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, ölkəsində ona qarşı bir çox cinayət işi açılıb, bəzilərində qiyabi həbs cəzasına məhkum edilib.
2015-ci ilin yazında Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsini tutaraq Ukrayna siyasətinə qoşulub və bundan əvvəl Ukrayna vətəndaşlığını alıb. Lakin 2016-cı ilin noyabrında vəzifəsindən azad edilib.
Prezident Petro Poroşenkonun o zaman bildirdiyi kimi, Saakaşvili bölgənin inkişafı ilə bağlı verdiyi vədləri yerinə yetirməməklə yanaşı, iqtisadi göstəriciləri də xeyli pisləşdirib.
2017-ci ilin iyul ayının sonunda Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Ukraynanın yeni prezidenti Vladimir Zelenski 28 may 2019-cu ildə Ukrayna vətəndaşlığını Saakaşviliyə qaytarıb və bundan sonra o, Ukraynaya dönüb. Siyasətçi milli islahatlar şurasının icra komitəsinin rəhbəri təyin edilib.
Bizim.Media