İsrail ordusu Qəzza zolağında xəstəxanaya edilən raket hücumunda “İslami Cihadı” birləşməsini günahlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir ki, İsrail ordusunun əməliyyat sistemlərinin təhlili xəstəxananın ərazisindən terrorçular tərəfindən İsrail istiqamətində uğursuz raket hücumunun həyata keçirildiyini göstərib.
“Kəşfiyyat məlumatlarına görə, xəstəxanada baş verən uğursuz atəşə görə “İslami Cihad” məsuliyyət daşıyır”, - deyə qeyd edilib.
Bizim.Media