"Yaxşı oyun keçirdik. İlk hissədə oyunumuz yaxşı alınmadı. Topla bacarığımızı göstərə bilmədik".
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində Bakıda Avstriyaya uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Fasilədən sonra yaxşı oynadıq. Təəssüf ki, qol buraxdıq. Amma balansı saxlamışdıq, mübarizə aparırdıq. Sona qədər meydanda qaldıq. Son dəqiqəqə yaxşı şansımız oldu. Toral üçün heyfslənirəm, çox yaxşı oynadı, qol vurmağa layiq idi. Heyf ki, yaxşı nəticə olmadı".
O, sonuncu əvəzetməni ges etməsinin səbəbini açıqlayıb: "İkinci yarıda yaxşı oyun gedirdi, dəyişikliklərə ehtiyac yox idi. Fasilədən sonra rəqib qol vurdu. Son dəqiqəyə qədər mübarizə apardıq. Avstriya güclüdür, Avropa çempionatına vəsiqə qazandı. Onların futbolçuları güclü çempionatlarda oynayırlar, fiziki baxımdan güclüdürlər".
De Byazi rəqibə uduzduqları komponentləri də göstərib:
"Əsasən ilk hissədə topla daha yaxşı oynamalıydıq. Nədənsə, çəkinirdik, qorxurduq. Üç gün əvvəl Estoniya ilə oynamışdıq, yorğunluq görünürdü. Avstriya güclü idi, amma biz də inkişaf etmişik, dörd qol buraxmadıq, yalnız penaltiyə görə uduzduq. 90-cu dəqiqədə qol vursaydıq, bu gün burada pivənin iyini görməyəcəkdik. Əlimizdən gələni etdik. Amma uşaqlardan çox da nəsə tələb edə bilmərik".
Baş bəşqçi "Jurnalistlərlə heç vaxt razı olmursuz. Oyun ərzində yığmamız aut ata bilmirdi, standart vəziyyətlərdə effektli deyildi. Bunu nə ilə əlaqələndirirsiniz?" sualını belə cavablandırıb:
"Təbii ki, jurnalistlərlə razı olmaya bilərəm. Məcbur deyilik ki, bir-birimizlə razılaşaq. Məsələn, sənin "Real"dan xoşun gəlir, mənim yox. Uşaqlar maksimum oynadılar. Mənim üçün vacib olan tək keyfiyyət deyil, ən vacibi odur ki, oyunçular bütün enerjisini meydanda qoysunlar. Bu baxımdan razıyam onlardan.
Təbii ki, nəticə fərqli olsaydı, daha çox sevinərdik. Futbol piramida kimidir. Yuxarıda yer azdır, aşağıda çoxdur. Addım-addım piramidanın yuxarısına gəlməliyik".
De Byazi bu dəfə də inkişaf üçün vaxta ehtiyac olduğunu bildirib: "Heç nə bir gündə hazır olmur. 14 ayda 7 qələbəmiz, 6 məğlubiyyətimiz, iki heç-heçəmiz var. Bu, faktdır. Özündən güclülərə qarşı oynayırsansa... Avstriyaya uduza bilərik, amma başımız dik qaldıq, sona qədər mübarizə apardıq".
"Yerdən pivə qoxusu gəlir, çünki Avstriya millisi mətbuat konfransında qələbəni pivə ilə qeyd etdi. Nə vaxta kimi biz rəqiblərin pivəsini iyləyəcəyik?" sualını De Byazi belə cavabalandrıb:
"Çayın iyisini istəyirsən? Kimin nə xoşuna gəlir, onu içir. Bilmirəm, nə vaxt biz də sevinəcəyik, bizdə də belə olacaq. Nəyisə əldə etmək üçün vaxt lazımdır. Bu il çox oyunçu xaricə getdi, amma bu tezlikdə nəticə istəyə bilmərik. Oyunçu seçimi çox olmalıdır".
İtaliyalı mütəxəssis Millətlər Liqasında pley-off oynamaq şanslarını da az olduğunu deyib:
"Bəxtimizdən Lüksemburq da, Yunanıstan da uduzacaq". De Byazi Musa Qurbanlıya az şans verməsindən də danışıb:
"Ozan Can Kökçü, Rəşad Əzizli də oynamadı. 25 Nəfərimiz var, iki nəfəri kənarda saxlamalıyıq. Onları kənarda saxlayanda ürəyim ağrıyır, hamısı oğlum kimidir. Uduzmağı heç sevmirəm, çox əsəbiyəm. Amma yenə də uşaqlara oyundan sonra "çox sağ ol" dedim. Məni əsəbləşdirən məqam odur ki, topla ilk yarıda daha yaxşı oynamalıydıq".
Mütəxəssis sonda "Son 3 oyunda milli komandada sanki irəliləyiş hiss olunur. Birdən-birə nə dəyişdi" sualına belə cavab verib: "Biz yaxşı başlamadıq, ilk oyunlarımız Avstriya və İsveçdə idi. O oyunları yaxşı analiz edin, görün bizdə nə çatışmadı. Təcrübə baxımdan çox geri qalırıq. Çox işləməliyik. Çox xal yığmamışıq. Amma kimsə fikirləşirdi ki, bu qrupda çox xal yığararaq qrupdan çıxacağıq, demək ki, futbolu yaxşı izləmir və futboldan başı çıxmır".
Bizim.Media
- A-
- A
- A+
İdman
01:00 / 17.10.2023
De Byazi: "4 qol buraxmadıq, yalnız penaltiyə görə uduzduq"
Hazırda oxunan: De Byazi: "4 qol buraxmadıq, yalnız penaltiyə görə uduzduq"
Hazırda oxunan: De Byazi: "4 qol buraxmadıq, yalnız penaltiyə görə uduzduq"
160166
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.