Müğənni Rüfət Axundov külli miqdarda dələduzluqla üzləşib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində məlumat verib.
Sənətçi bildirib ki, beş il əvvəl tikinti ilə məşğul olan bir şəxs ona böyük məbləğdə pul atıb:
"Hazırda üzləşdiyim dələduzluq məsələsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) araşdırma aparır. Yəqin ki, tezliklə, bu məsələ öz həllini tapar. Bu məsələ ev-tikinti ilə bağlıdır. 2018-ci ildən bu günə kimi bu məsələ gedir.
Məbləğ böyükdür, qədərini isə açıqlamaq istəmirəm. Həmin şəxs (müğənniyə qarşı dələduzluq edən - red.) ölkədədir. İnanıram ki, DİN əməkdaşları bu məsələyə düzgün çarə tapacaqlar. Pulun qaytarılmasında biz bilmədiyimiz məsələlər var".
- A-
- A
- A+
Şoutaym
19:29 / 16.10.2023
Rüfət Axundova qarşı külli miqdarda DƏLƏDUZLUQ - VİDEO
Hazırda oxunan: Rüfət Axundova qarşı külli miqdarda DƏLƏDUZLUQ - VİDEO
Hazırda oxunan: Rüfət Axundova qarşı külli miqdarda DƏLƏDUZLUQ - VİDEO
160127
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.