Azərbaycan Sənaye Bankının zərəri KƏSKİN ARTDI – HESABAT  

Hazırda oxunan: Azərbaycan Sənaye Bankının zərəri KƏSKİN ARTDI – HESABAT  

160095

“Azərbaycan Sənaye Bankı” ASC 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 857 min manat və 19,8 faiz zərər edib. 

Bizim.Media xəbər verir ki, bu barədə bankın açıqladığı 9 aylıq hesabatda əks olunub. 

Hesabata əsasən, bu gəlirlər ötən ilin sonuna qədər 4 milyon 337,99 min manat, cari dövrdə isə 3 milyon 480,92 min manat təşkil edib.  

Bankın zərəri əsasən vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclərdən əmələ gəlib. Belə ki, ötən il bu istiqamətdə gəlirlər 5 milyon 434,18 min təşkil edirdisə, cari ildə bu, 4 milyon 370,76 min manata düşüb. Buradan da görünür ki, bankın bir illik zərəri 1 milyon 063,42 min manat və ya 19,57 faiz həcmində olub.   

ASB hesabat dövründə mənfəətdən əldə etdiyi vergilərdə də ciddi zərərə məruz qalıb. Belə ki, 2022-ci ilin sonlarına qədər qurumun mənfəəti 1 milyon 096,19 min manat idisə, cari dövrdə bu vəsait 889,84 min manat təşkil edib.  

Qeyd edək ki, bankın bir illik faiz gəlirlərində 33.6% artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövründə bu gəlirlər 18 milyon 292,62 min manat təşkil edirdisə, cari ildə bu, 6 milyon 154,4 min manat və ya 33.6% artaraq 24 milyon 447,02 min manat olub.  
Ancaq faiz xərclərində 2 milyon 547,02 min manat və ya 51.5% artım baş verib. Belə ki, 2022-ci ilin sonuna qədər 8 milyon 212,93 manat olan bu xərclər cari ildə birdən-birə 12 milyon 441,44 min manata yüksəlib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin