Qərbin ölkəmizə qarşı NÖVBƏTİ TƏXRİBATI – ““Fake news”lar üzərindən hansı PLANLAR QURULUR?

Hazırda oxunan: Qərbin ölkəmizə qarşı NÖVBƏTİ TƏXRİBATI – ““Fake news”lar üzərindən hansı PLANLAR QURULUR?

160085

Son zamanlar Qərb mətbuatında Azərbaycanın guya yaxın həftələrdə Ermənistana hücum edərək, onun cənubunu ələ keçirəcəyi barədə iddialar yayılıb.

Guya ki... 

“Politico” nəşrinin yazdığına görə, ABŞ dövlət katibi Entoni Blinken xəbərdarlıq edib ki, Azərbaycan yaxın həftələrdə Ermənistana hücum edə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Blinken Azərbaycanın Ermənistana hücum edəcəyini deməyib - RƏSMİ


Nəşrin yazdığına görə, rəsmi şəxslər bildiriblər ki, Blinken telefonla keçirilən konfrans zamanı Ermənistanın “işğalı” ehtimalını gündəmə gətirib. Blinken Konqres üzvlərinə bildirib ki, Dövlət Departamenti daha ABŞ-ın Azərbaycana hərbi yardımına icazə verən sənədin müddətini uzatmayacaq.

Dövlət katibi eyni çağırışda Azərbaycanın Ermənistanın cənubunu işğal edə biləcəyi barədə xəbərdarlıq edib. 

“Bakının “hərbi təcavüzü” nəticəsində ermənilərin Qarabağı tərk etməsindən sonra İrəvan ehtiyatlanır ki, Azərbaycanın Ermənistanın suveren ərazisi ilə bağlı planları ola bilər. Xüsusilə Sünik (Qərbi Zəngəzur) narahatlıq doğurur. Həmin bölgəni Azərbaycan Zəngəzur dəhlizi adlandırır”.

Lakin sonradan “Politico”nun bu iddiasının yalan olduğu üzə çıxdı. ABŞ Dövlət Departamenti açıqlama yayaraq, sözügedən xəbərin yalan olduğunu bildirdi. İstənilən halda, bu cür xəbərlərin nüfuzlu nəşrlərdə tirajlanması adi hadisə sayıla bilməz. 

İnformasiya müharibəsi davam edir

Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, bu cür yazılar Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsidir:

“Qərb mətbuatı bu cür məlumatları ortaya atmaqla Azərbaycana qarşı informasiya müstəvisində təxribat müharibəsi aparır. Azərbaycan Prezidenti Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Azərbaycan işğalçı ölkə olmadığından heç bir ölkənin ərazisinə qarşı təcavüz həyata keçirmək niyyətində deyil. 

Bu sadəcə olaraq, Azərbaycanı gündəmdə saxlamaq məqsədi daşıyır. Onlar Yaxın Şərqdə, Şərqi Avropada baş verən hadisələr kontekstində belə Azərbaycana qarşı təxribatları bir an olsun dayandırmamaq üçün daima bu cür variantlara əl atırlar”. 

Miqyas o qədər böyükdür ki...

“Azərbaycana qarşı informasiya müharibəsinin miqyası o qədər böyükdür ki, ABŞ Dövlət Departamenti rəsmi şəkildə Amerika mətbuatında yayılan yazıya da təkzib vermək məcburiyyətində qalıb. Yəni bəyan ediblər ki, Blinken belə bir məsələ ilə bağlı heç bir fikir səsləndirməyib, Konqresdə bununla bağlı hər hansı bir söhbət aparmayıb. 

Göründüyü kimi, Avropadan tutmuş Avroatlantikaya qədər Fransanın önə çəkdiyi ermənipərəst lobbi Azərbaycana qarşı bu cür informasiya müharibəsi aparır. Amma əlbəttə ki, Azərbaycanın belə bir niyyəti yoxdur. Bu təxribatlar bir müddət sonra sabun köpüyü kimi dağılacaq. Lakin bununla bərabər, Azərbaycan mediası da hazırlıqlı olmalı və belə təxribatlara layiqli cavab verməyi bacarmalıdır”.

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin