Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: İlham Əliyev Xankəndi şəhərində bayrağımızı ucaltdı
Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.
Bizim.Media