“İlham Əliyev Azərbaycanın son 20 ildəki dəyişikliklərinin memarıdır” - VİDEO

Hazırda oxunan: “İlham Əliyev Azərbaycanın son 20 ildəki dəyişikliklərinin memarıdır” - VİDEO

159930

Türkiyənin “Haber Qlobal” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə ölkə başçısı seçilməsinin 20 illiyi münasibətilə süjet hazırlayıb.

Bizim.Media xəbər verir ki, süjetdə Ulu Öndər Heydər Əliyevin irsinə sahib çıxmış, 30 illik Qarabağ həsrətini sona çatdırmış Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq arenada qlobal rolunu gücləndirməsi xüsusi vurğulanır.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür


Qeyd edilir ki, İlham Əliyev təkcə Ali Baş Komandan kimi meydanda qələbə qazanmayıb. O, diplomatik qələbələr də qazanıb.

Prezident Ermənistan lideri Nikol Paşinyanı “Qarabağ Azərbaycandır” deməyə vadar edib.

Süjetdə deyilir ki, İlham Əliyev Azərbaycanın xarici siyasətini yenidən formalaşdırdı. O, ölkəsinin coğrafi mövqeyini müsbət ssenarilərin həyata keçirildiyi məkana çevirdi. Qitələrarası iqtisadi-coğrafi körpü rolunu oynayan Azərbaycan hazırda qlobal siyasi səhnədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mühüm aktordur. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq iki ölkə arasındakı münasibətlərin daimi və daim möhkəmlənən xarakterinə çevrilib.

Bununla yanaşı, İlham Əliyevin Azərbaycanın iqtisadi inkişafı üçün göstərdiyi səylər, Azərbaycan Avrasiya enerji bazarında istehsalçı, tranzit və istehlakçı mövqeyini möhkəmləndirməsi süjetdə öz əksini tapıb:

"İlham Əliyev Azərbaycanın son 20 ildəki dəyişikliklərinin memarıdır. O, ölkəsini gücləndirmək üçün lazım olan hər addımı atıb. İlham Əliyev bütün uğurları əldə etmək üçün güclü iqtisadiyyata arxalanır. İndi regionda yeni geosiyasi reallıq yaranıb. Bu reallığın memarı olan Azərbaycan İlham Əliyev idarəçiliyi əsasında Türkiyə ilə əl-ələ verərək daimi sülh və sabitliyin əsaslarını qoyur".


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin