Britaniyalı nazir: “Yəhudi icmasını qorumaq üçün əlimdən gələni edəcəyəm” - FOTO 

Hazırda oxunan: Britaniyalı nazir: “Yəhudi icmasını qorumaq üçün əlimdən gələni edəcəyəm” - FOTO 

159882

“Britaniyanın yəhudi icmasını qorumaq üçün əlimdən gələni edəcəyəm”. 

Bizim.Media xəbər verir ki, bu barədə özünün “X” hesabında Britaniyanın baş naziri Rişi Sunak ölkədə yaşayan israillilərə hədə-qorxu gələnlərə xəbərdarlıq edib. 

“İnternet vasitəsilə və ya küçələrimizdə qorxuducu davranış və utancverici antisemitizm vasitəsilə gərginliyi artırmağa çalışanlara səslənirəm. Burada “yox”, Britaniyada “yox”. Bunu bizim ölkədə edə bilməyəcəksiniz”, - deyə Sunak bildirib. 

Qeyd edək ki, bu gün Londonda Fələstinə dəstək məqsədilə nümayişlər keçirilib. 

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Buna cavab olaraq İsrail ordusu "Dəmir Qılınclar" əməliyyatına başlayıb. 










Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin