“Prezident Bülbülün evinin bərpasını başqasına da tapşıra bilərdi” - Polad Bülbüloğlu

Hazırda oxunan: “Prezident Bülbülün evinin bərpasını başqasına da tapşıra bilərdi” - Polad Bülbüloğlu

15982

“Mən fürsətdən istifadə edib cənab prezidentə öz dərin təşəkkürümü bildirirəm ki, Bülbülün evinin bərpasını mənə tapşırıb. Bunu başqa adama da tapşıra bilərdi. Lakin cənab prezident lazım bildi, bunu mənə tapşırdı ki, bu da mənim arzum idi”.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Apa-ya müsahibəsində belə deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

“Hər kəs Rusiyanın önəmini başa düşməlidir” - Polad Bülbüloğlu


Səfir muzeyin bərpa layihəsinin artıq hazır olduğunu söyləyib.

“Şuşaya səfər edəndə özümlə memar Rizvan Bayramovu da aparmışdım. O, mən, mədəniyyət naziri olan zaman Mədəniyyət Nazirliyində Abidələrin qorunması və bərpası İdarəsinin rəisi olub. Çox gözəl bir peşəkardır. Mən ondan xahiş elədim, bir yerdə, bir maşında Şuşaya getdik. Daha sonra Rizvan Bayramov bir dəfə də mənsiz Şuşaya getdi.

Necə deyərlər, hər şeyi ölçdü, biçdi. Artıq Bülbülün evinin bərpa layihəsi hazırdır. Hər bir xırda detalına kimi layihə hazırlanıb. Bilirəm ki, Bülbülün evinin bərpası ilə bağlı könüllü memarlar da öz layihələrini hazırlayıblar. Onlara çox minnətdaram”.

P.Bülbüloğlu bildirib ki, hazırda layihənin razılaşdırılması ilə bağlı proses gedir:

“Daha sonra biz işə başlayacağıq. İnanıram ki, çox qısa zamanda Bülbülün evi, daha doğrusu ev muzeyi bərpa olunacaq və muzey kimi fəaliyyətə başlayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin