Psixoloqdan jiqolo axtaran qadınla bağlı QALMAQALLI AÇIQLAMA – “Nə problem var ki?” 

Hazırda oxunan: Psixoloqdan jiqolo axtaran qadınla bağlı QALMAQALLI AÇIQLAMA – “Nə problem var ki?” 

159813

Son günlərdə özünə bir günlük “dost” axtardığını deyən qadının müraciəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Həmin xanım onu da qeyd edib ki, onunla bir gün keçirəcək oğlana ödəniş edəcək. Bu cür təklif və hərəkətlər dünyanın bəzi ölkələrində normal sayılır. Bu xidməti göstərən kişilərə isə “jiqolo” deyirlər.

Jiqolo nədir?

Jiqolo xüsusi peşə sahiblərinə verilən adla yanaşı, qadınları və homoseksualları istədikləri zaman istədikləri şəkildə tərəf müqabili ilə təmin edən peşə sahəsinin ümumi adıdır. Yaranması ilə bağlı dəqiq tarixi məlumat yoxdur. Ehtimal olunur ki, jiqololuq fahişəlik qədər qədim olmasa da, uzun illərdir mövcud olan sahədir.

Məsələn, Qədim Yunanıstanda və Romada “kişi fahişəxanaları”na rast gəlinir. Orta əsr İslam dünyasında “kişi fahişəliyi” geylik və anormal seksual aktlar kimi qadağan olunsa da, qulların arasından seçilən bəzi şəxslərlə “jiqolo” təcrübəsi yaşanıb. Yaponiyada Edo dövründə bu tip xidmət göstərən kişilər olub və onlara “kagema” deyilib. Lakin onların müştəriləri də əsasən yaşlı kişilər olub.

Orta Asiya və Əfqanıstanda bu işi “baccha”lar, Hindistan və Pakistanda isə “xidjra”lar bu işi yerinə yetirirdilər. ABŞ-da “kişi fahişəliyi” isə 17-ci əsrdən etibarən var.

Jiqolo necə pul qazanır?

Jiqoloların iş prinsipləri mühitə və yaşadığı şəhərə görə dəyişə bilər. Böyük şəhərlərdə onlar jiqolo məkanlarında çalışırlar. Bu sektor böyük şəhərlərdə və böyük əyləncə məkanlarında çox yayılıb.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Bakı Dövlət Univertsitetinin “Sosial iş” kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev bildirib ki, xanımın bu hərəkəti Herostrat şöhrətindən qaynaqlanır:

“Gündəm qəhrəmanı olmaq istəyənlər bu cür hərəkətlər edirlər. Onun hərəkəti adekvat hərəkət deyil. Doğrudur, onun hərəkətində qanunazidd bir şey də yoxdur. Amma bizim cəmiyyətin prizmasından baxanda bu etik deyil.

Biz onlara yasaq qoya bilmərik. Çünki insan burda münasibətlərin konturlarını aydın şəkildə təsvir edir. Bu konturlarda isə insan alveri mövzusu predmet deyil. Hiss olunur ki, bu xanımda ünsiyyət aclığı var. Bu vəziyyət psixoloji mərəz kimi həmin xanımda təzahür edib. Digər tərəfdən də xanım bu elanı ilə müəyyən tərzi imitasiya edir. Yəni xaricdə rast gəlinən həyat tərzini bizim cəmiyyətə təşviq edir.

Həmin xanım çalışır ki, yaddaşlarda innovativ təşəbbüskar kimi qalsın. Danışılsın ki, “filan xanım filan məbləğə özünə bir günlük dost tutdu”. Anoloji addımlara Qərbdə daha çox rast gəlinir. Bizim üçün nə qədər təəccüblü olsa da dünyada belə hallar mövcuddur.Hər halda bizim cəmiyyət üçün bu xarakterik və yaxşı hal deyil”.

Nə problem var ki?!

Psixoloq Ülviyyə Murtuzova isə sözügedən durumla bağlı konkret fikir bildirməyin çətin olduğunu deyib: “İnsan öz istəyini öz bildiyi kimi ictimailəşdirir. Bu hərəkətə görə kimsə onu lağa qoya bilməz.

Kimsə irad tuta bilməz ki, niyə belə edirsən?

Bu insanın şəxsi istəyidir və onu reallaşdırmaq üçün sosial mediada paylaşım edib. Belə elanlara və hərəkətlərə normal baxan insanlar da var. Onların həmin xanıma müraciəti də ola bilər. Fikir uyuşumu deyilən bir şey var. Fikirlər uyğun gəlirsə, onda nə problem var ki?!”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin