“Kitab istəyirdi təmin etdik”- Arayikin vəkilindən AÇIQLAMA  

Hazırda oxunan: “Kitab istəyirdi təmin etdik”- Arayikin vəkilindən AÇIQLAMA  

159784

“Araikin səhhəti normaldır. Saxlanma şəraitindən razıdır. O, heç bir narazılıq bildirməyib”.

Bizim.Media xəbər verir ki, bu sözləri axar.az-a Araik Arutyunyanın vəkili Alov Səfərəliyev deyib.

O bildirib ki, Araikin müdafiəsi üçün hər bir şərait yaradılıb.

“Kitab istəyirdi, təmin edilib. Araik ailəsi ilə əlaqə saxlayıb. Onun müdafiəsi ilə əlaqədar bütün lazımi tədbirlər tərəfimdən həyata keçirilir. Beynəlxalq təşkilatlardan hələ ki, onunla görüşən olmayıb. Ailəsi və yaxud yaxınları tərəfindən sovqat göndərən də yoxdur.

Azərbaycan qanunvericiliyinə görə, xarici vəkillərin Azərbaycan Respublikası ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmasına icazə verilmir. Araikin yeganə vəkili mənəm. Vəkil olaraq heç bir çətinliyim yoxdur.
Digər məsələlər istintaq sirri sayıldığı, verilən hər hansı informasiya müdafiə etdiyim şəxsin əleyhinə yönələ biləcəyi üçün əlavə məlumat verə bilməyəcəm. İstintaq bitəndən və iş məhkəməyə gedəndən sonra Araik Arutyunyanın özünün icazəsi ilə ictimaiyyətə açıqlama verəcəm”, – o bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin