Ərdoğan: “ABŞ-la aramızda təhlükəsizlik problemi var”

Hazırda oxunan: Ərdoğan: “ABŞ-la aramızda təhlükəsizlik problemi var”

159760

“ABŞ-ın PKK-nın Suriyadakı əlaltıları ilə bu ölkədə həyata keçirdiyi fəaliyyətlər Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhlükə yaradır”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də “Türkiyə-Afrika 4-cü İş və İqtisadiyyat Forumu”nun bağlanış mərasimində deyib. 

Ərdoğan qeyd edib ki, Türkiyə və ABŞ arasında təhlükəsizlik problemi var: 

“Biz NATO-da ABŞ ilə bir yerdə deyilik? ABŞ pilotsuz uçuş aparatlarımızı (PUA) vurubmu? Belə bir şeyi necə edə bilər? Bu necə müttəfiqlikdir? Bizimlə ABŞ arasında təhlükəsizlik problemi var. Terror təşkilatının arxasında kimin olmasından asılı olmayaraq onun kökünü kəsməkdə qərarlıyıq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin