Kreml: “Vladimir Putin və İlham Əliyev Vardanyanın taleyini müzakirə etməyib”

Hazırda oxunan: Kreml: “Vladimir Putin və İlham Əliyev Vardanyanın taleyini müzakirə etməyib”

159705

“Vladimir Putin Prezident İlham Əliyevlə Ruben Vardanyanın taleyini müzakirə etməyib”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. 

“Azərbaycan və Rusiya liderləri Bişkekdə görüşün açıq hissəsində Vardanyan ətrafındakı vəziyyəti müzakirə etməyiblər”, - Kremlin sözçüsü vurğulayıb. 

Qeyd edək ki, separatçıların sabiq "dövlət naziri" Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin