Bakıda 39 yaşlı kişi əmisi oğlunu qətlə YETİRDİ - YENİLƏNİB 

Hazırda oxunan: Bakıda 39 yaşlı kişi əmisi oğlunu qətlə YETİRDİ - YENİLƏNİB 

159670

Oktyabrın 13-ü saat 12 radələrində 1988-ci il təvəllüdlü Elməddin Hüseynovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya Sabunçu Rayon Prokurorluğundan məlumat verilib. 

Araşdırmalarla 1984-cü il təvəllüdlü Nəsimi Hüseynovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu Elməddin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nəsimi Hüseynov şübhəli şəxs qismində tutulub. 
  
Hazırda ibtidai istintaq davam edir. 

*** 13:51

Sabunçu rayonu Bakıxanov qəsəbəsində 35 yaşlı Hüseynov Elməddin Ədilxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 39 yaşlı Hüseynov Nəsimi Sətdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 

Hadisə şəxsi münasibətlər zəminində olub.

Hazırda faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin