''Cəbrayıldakı kilsə qanunsuz tikilidir'' - İtaliya mətbuatı erməniləri ifşa etdi  

Hazırda oxunan: ''Cəbrayıldakı kilsə qanunsuz tikilidir'' - İtaliya mətbuatı erməniləri ifşa etdi  

15967

“Ermənistanın işğalından azad edilmiş Cəbrayıl rayonunu haqqında BBC-nin hazırladığı süjet Qafqazın incisinə qarşı növbəti saxta xəbərlərin yayılmasına səbəb olub”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İtaliyanın “Lo Spessore” portalında italyan tədqiqatçı-jurnalist Domeniko Letizianın “Azərbaycanı gözdən salmaq üçün Ermənistanın yeni siyasi oyunu” sərlövhəli məqaləsində qeyd edilib.

Müəllif yazır:

““Erməni ibadətgahı"nı  axtaran  BBC müxbiri onu tapmadığı üçün azad edilmiş ərazilərdə dini binaların Azərbaycan tərəfindən dağıdıldığı fikrinə gəlib. Jurnalist bu yeri də məhz Ermənistan tərəfinin verdiyi koordinatlar əsasında axtarıb. O,münaqişəyə dini don geyindirməyə çalışıb.

Xatırladaq ki, Cəbrayıl rayonunda işğaldan əvvəl yalnız azərbaycanlılar məskunlaşıb. Bu BMT TŞ-nın qətnamələri ilə təsdiq edilib.

Azərbaycanın Erməni irsi kimi təqdim olunan bu "ibadətgah" yalnız 2017-ci ildə Ermənistanın hərbi işğalı zamanı, erməni əsgərləri üçün bir hərbi hissənin yanında inşa edilib. O dövrün erməni mətbuatının qeyd etdiyi kimi, sözügedən kilsə "torpaqların heç vaxt Azərbaycana qaytarılmayacağının" bir simvolu olmalı idi.

Bu səbəbdən də tikili tarixi memarlıq abidəsi olmamaqla yanaşı, bölgənin mədəni və dini irsinin bir hissəsinə aid edilə biləz.

Bu tikili Qarabağda dırnaqarası "ermənilərin çoxəsrlik varlığının" sübutu da deyil. Bu, işğal vaxtı Azərbaycan ərazisində inşa edilmiş müasir bir tikilidir və bütün işğal dövründə Ermənistan hökuməti və özəl şirkətlər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilmiş qanunsuz hər hansı bir fəaliyyət kimi bu tikilinin həmin ərazidə mövcudluğu da qanunsuzdur” 

Müəllif qeyd edib ki, bu "ibadətgahın" qəsdən məhv edilməsi iddialarına gəldikdə isə qeyd etmək lazımdır ki, keçən payızda 44 günlük müharibə zamanı Cəbrayılın azadlığı uğrunda şiddətli döyüşlər gedib və bu "ibadətgah" hərbi hissəyə yaxın tikildiyi üçün hərbi əməliyyatlar zamanı onun dağılması mümkün ola bilərdi:

“Ermənistanın başlatdığı "geosiyasi oyun" yalnız Azərbaycanı gözdən salmağa istiqamətlənib”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin