Azərbaycanda dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin dəvəti ilə Azərbaycan Prezident Administrasiyası tərəfindən 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri təşkil edilib.
Bizim.Media xəbər verir ki, səfərin ilk günü oktyabrın 11-də Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsində görüş keçirilib.
Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında informasiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məsul nümayəndələri tərəfindən ictimai diplomatiya, media yayımı, xarici media ilə əlaqələr, dezinformasiya ilə mübarizə, Türkiyə brendi, kommunikasiya sahəsində insan resurslarının idarə edilməsi mövzularında təqdimatlar edilib.
Nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir. Səfər çərçivəsində Türkiyənin Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Anadolu Agentliyi, Türk Dövlətləri Təşkilatı, TRT World, Radio və Televiziya Ali Şurası (RTÜK) və digər qurumlarda görüşlər keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
02:37 / 13.10.2023
PA 30 dövlət qurumunun mətbuat katibinin Türkiyəyə səfərini təşkil edib - FOTO
Hazırda oxunan: PA 30 dövlət qurumunun mətbuat katibinin Türkiyəyə səfərini təşkil edib - FOTO
Hazırda oxunan: PA 30 dövlət qurumunun mətbuat katibinin Türkiyəyə səfərini təşkil edib - FOTO
159615
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.