Hakan Fidan Misirə GEDƏCƏK - Fələstin-İsrail qarşıdurmasını müzakirə edəcək

Hazırda oxunan: Hakan Fidan Misirə GEDƏCƏK - Fələstin-İsrail qarşıdurmasını müzakirə edəcək

159614

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 13-14-də Misirə səfər edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

“Xarici işlər naziri Hakan Fidan misirli həmkarının dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək. Danışıqlar zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyətinin müzakirəsi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır”, - deyə məlumatda qeyd edilib. 
Bildirilib ki, Fidan misirli həmkarı ilə Fələstin-İsrail qarşıdurması zonasındakı vəziyyəti və böhranın həlli yollarını müzakirə edəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin