Britaniyalı nazir: “İsrailin özünü müdafiə etmək hüququ var” - VİDEO

Hazırda oxunan: Britaniyalı nazir: “İsrailin özünü müdafiə etmək hüququ var” - VİDEO

159593

Xəbər verdiyimiz kimi Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Kleverli İsrailə səfər edib.  

Bizim.Media xəbər verir ki, nazir ilk dəfə İsrail səfərindən danışıb. 

“Mən HƏMAS silahlılarının hücumundan sonra İsrail xalqına dəstək nümayiş etdirmək üçün İsrailə gəlib İsrail Xarici İşlər Nazirliyinin rəhbəri ilə birlikdə bu ölkənin cənubundakı yaşayış məntəqələrinə baş çəkməyə qərar verdim.  

İsrailin özünü müdafiə etmək hüququ var. Onların əsirlərini Fələstindən tələb etmək haqqı var və bu işdə eləcə də bölgədə sülhün bərpa olmasında Britaniya İsrailə lazımi dəstəyi göstərməyə hazırdır”. 

Qeyd edək ki, Kleverli İsrailin cənubundakı şəhərlərə baxış keçirərkən hava hücumu ilə bağlı həyəcan siqnalı verilib və o, təcili olaraq bomba sığınacağına getməli olub.  
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin