İsraildə həlak olan ukraynalıların sayı yeddi nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oleq Nikolenko məlumat verib. 
O qeyd edib ki, doqquz İsraildəki hərbi münaqişələr zamanı 9 Ukrayna vətəndaşı yaralanıb. 
“Hazırda 1000-dən çox ukraynalı ləğv edilən uçuşlar səbəbindən İsraili tərk edə bilmir, 200 Ukrayna vətəndaşı isə Qəzza zolağından təxliyə olunmaq istədiyini bildirib”, - deyə Nikolenko qeyd edib. 
Qeyd edək ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. 
Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.  
Bizim.Media

- A-
- A
- A+
Dünya
							19:54 / 12.10.2023
							
						İsraildə 7 ukraynalı HƏLAK OLUB
						
							
								Hazırda oxunan: İsraildə 7 ukraynalı HƏLAK OLUB 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: İsraildə 7 ukraynalı HƏLAK OLUB 							
						159591
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































