Blinken: "İsrailə həm də etnik yəhudi kimi gəlmişəm" - VİDEO

Hazırda oxunan: Blinken: "İsrailə həm də etnik yəhudi kimi gəlmişəm" - VİDEO

159561

"İsrailə təkcə ABŞ dövlət katibi kimi deyil, həm də etnik yəhudi kimi gəlmişəm".

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın dövlət katibi Entoni Blinken Təl-Əviv şəhərində İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında deyib.

O, ABŞ-ın hər zaman İsrailin tərəfində olacağını da vurğulayıb:

"İslamçı yaraqlıların İsrailin cənubuna hücumu nəticəsində ən azı 25 Amerika vətəndaşı həlak olub".

Netanyahu isə çıxışına "Heç bir ölkə HƏMAS-la təmasda olmamalıdır və bunu edənlərə sanksiya tətbiq edilməlidir" sözləri ilə başlayıb:

"HƏMAS İŞİD-dir, HƏMAS-a İŞİD kimi davranmaq lazımdır, o da məhv ediləcək. Bizi çox çətin günlər gözləyir, amma əminəm ki, “sivilizasiya qüvvələri” qalib gələcək.

Amerikaya təşəkkür edirəm ki, bu gün İsrailin yanındadır, sabah və həmişə də yanımızda olacaq".

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin