“Donbasda son sutka ərzində Rusiya Federasiyasının silahlı birləşmələri atəşkəsi dörd dəfə pozub”.
Bizim.Media “rbc.ua” saytına istinadla xəbər verir ki, bu barədə Birgə Qüvvələr Əməliyyat Qərargahı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
YENİ MÜHARİBƏ OCAĞI: Zelenskidən Donbasda ölən 4 hərbçi ilə bağlı açıqlama
Bildirilib ki, nəticədə dörd Ukrayna əsgəri ölüb.
"Atışma nəticəsində dörd əsgər öldürülüb, ikisi yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib. Birgə Qüvvələrin komandanlığı ölən əsgərlərin ailələrinə başsağlığı verir”- deyə məlumatda bildirilib.
Xatırladaq ki, Donbasdakı vəziyyətin kəskinləşməsi ilə əlaqədar Üçtərəfli Təmas Qrupundakı Ukrayna tərəfi təhlükəsizlik alt qrupunun təcili iclasını çağırıb.
Rusiya tərəfi də razılıq verərsə, görüşün 27 martda baş tutacağı planlaşdırlır.
Bizim.Media