Ukraynalı deputatlardan Azərbaycana DƏSTƏK 

Hazırda oxunan: Ukraynalı deputatlardan Azərbaycana DƏSTƏK 

159534

Ukrayna Ali Radasının deputatları Azərbaycanın Qarabağ bölgəsində uğurlu lokal antiterror tədbirlərini və orada aparılan reinteqrasiya prosesini dəstəkləyən bəyanatla çıxış ediblər.

Bizim.Media xəbər verir ki, bəyanatda Qarabağda separatçılar təslim olduqdan sonra

Azərbaycana qarşı onu gözdən salmaq məqsədilə mediada qarayaxma kampaniyası başladılıb. Erməni diasporunun radikal ünsürləri və bəzi beynəlxalq KİV-lər nifrət təbliğatını artırır və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırışlar edirlər.

“Biz bunu qəbuledilməz hesab edirik. Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisində tədbirlər görürdü. Qarabağ ərazisində silahlı birləşmələr təslim olduqdan sonra separatçılar tərəfindən qanunsuz gətirilən xeyli silah-sursat və ağır hərbi texnika aşkar edilib.
Qarabağın erməni əhalisinin Ermənistan ərazisinə köçürülməsi zorakı xarakter daşımır, bunu oktyabrın 1-də Qarabağa gələn BMT missiyası və ABŞ Dövlət Departamentinin nümayəndəsi Miller də təsdiqləyib”, - deyə bəyanatda bildirilir.

Həmçinin qeyd olunur ki, bütün Ukrayna separatizmlə mübarizədə Azərbaycanı dəstəkləyir. Hazırda Azərbaycan qalib gəlib və öz tarixi əraziləri üzərində nəzarəti bərpa edib.

Ukraynalı deputatlar Azərbaycana qarşı hər hansı sanksiyaların tətbiqini qətiyyətlə pisləyiblər.

“Rəsmi Bakı Ukraynaya enerji avadanlıqlarının alınması üçün yardım ayırır, yanacaq və dərmanları pulsuz ötürür, Buça və İrpen şəhərlərinin bərpasında iştirak edir, ukraynalı uşaqların reabilitasiyasına kömək edir.

Separatizmə “yox”! Azərbaycana qarşı sanksiyalara “yox”! Kiyev və Bakının qarşılıqlı dəstəyinə “bəli”!”, - bəyanatda qeyd edilir.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin