Füzuli şəhərinə köçən daha 21 ailəyə evlərinin açarları təqdim olundu - FOTO

Hazırda oxunan: Füzuli şəhərinə köçən daha 21 ailəyə evlərinin açarları təqdim olundu - FOTO

159531

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərinin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu gün 21 ailə olmaqla, 88 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Onlar doğma yurduna qayıdışın sevincini yaşayıb, daha əvvəl Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək vətənə qovuşmağın sevincini paylaşıblar.
Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Füzuliyə qayıdan ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alıblar.

Bununla da Füzuli şəhərində 208 ailə olmaqla, 749 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin