Prezident: “Azərbaycan “Laçın” sərhədinə nəzarət etməyəndə, oraya milyonlarla nəhəng döyüş silah-sursatları daşınıb”

Hazırda oxunan: Prezident: “Azərbaycan “Laçın” sərhədinə nəzarət etməyəndə, oraya milyonlarla nəhəng döyüş silah-sursatları daşınıb”

159426

“2020-ci ildən 2023-cü ilin əvvəlinədək - Azərbaycanın Laçın rayonunda sərhədə nəzarət etmədiyi bir vaxtda, oraya sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatları daşınıb, bu isə tamamilə yaxın vaxtlarda aşkara çıxarılıb. Minalar gətirilib, ərazi əlavə olaraq minalanıb. Bütün bunların hamısı ona gətirib çıxarıb ki, azərbaycanlılar öz torpaqlarında həlak olmağa davam ediblər”. 

Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Fransaya SƏRT MESAJ – “Bizə belə vasitəçilər lazım deyil” 


Dövlətimizin başçısı bildirib:

“İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin